62 yaşlı Antonio Banderas 2018-ci ildə keçirdiyi ürək infarktından danışıb.
Bakupost.az xəbər verir ki, o bu hadisəni onunla baş verən ən yaxşı hadisə adlandırıb.
“Mən ürəyimin siqnalından sonra həyat prioritetlərini qarşıma qoydum. Mən yenidən öz həyatıma baxdım. Mənə çox vacib gələn şeylər mənasını itirdi – deyə o müsahibəsində deyib.
Ölümümü görəndən sonra həqiqətən vacib şeyləri boş şeylərdən ayırmağı bacardım. Bundan sonra özümə deyirəm.
Nəyə görə bu məni narahat edir, əgər mən ölməyə hazırlaşıramsa. İndi mən ancaq ailəm, övladlarım, dostlarım, sevdiklərimə görə narahat ola bilərəm".
Qeyd edək ki, ürək tutması zamanı onun yanında köhnə rəfiqəsi Nikol Kimpel olub və qadın ona yardım edərək həyatını xilas edib.
Aygün Musayeva
BakuPost