Antiperspirantlardan gələn təhlükə-Ağır nevroloji xəstəliyə səbəb ola bilir
Antiperspirantlardan gələn təhlükə-Ağır nevroloji xəstəliyə səbəb ola bilir
2019.05.22 09:56
5112 Baxış
Antiperspirantlarıdan istifadə ağır nevroloji xəstəliklərin inkişafına səbəb ola bilər. Bu qənaətə Almaniya alimləri uzun müddətli araşdırmalardan sonra gəliblər. Bildirilir ki, bunun səbəbi antiperspirantların tərkibində olan allüminiumdur. Məhz allüminium yayılmış skleroz və alzeymer xəstəliyinin inkişafı ilə əlaqələndirilir.
Medicina.az xəbər verir ki, alimlər yayılmış skleroz xəstəliyindən vəfat edən insanların beynini təhlil etdikdən sonra orada allüminiumun yüksək səviyyədə olmasını aşkarlayıblar.
Kil Universiseti alimlərinin fikrinə görə, insan orqanizminə vaksinlər və antiperspiratlardan daxil olan allüminium burada toplanaraq beyində patoloji proseslərin inkişafına təkan verir.
Bütün bunları nəzərə alaraq alimlər antiperspirantlardan daha az istifadə etməyi, onları təbii vasitələrlə əvəz etməyi tövsiyə edirlər.