Amsterdam alimləri stress və depressiyaya qarşı antidepressantlara alternativ yol tapıblar.
“Medicina” xəbər verir ki, 140 depressiv və təşviş pozuntulu xəstəyə 2 metod müalicə tətbiq olunub: qaçış və ya dərman.
45 nəfər antidepressant içməyi, 95 nəfər isə qaçışı seçib. Onlar həftədə 3 dəfə 40dəqiqə qrup şəklində trosla qaçıblar.
Tədqiqatın sonunda qaçışı seçənlərin 44%-də həm psixi, həm fiziki yaxşılaşma olub. Dərman içənlərdə isə fiziki durum pisləşib.
Alim Brend Penniks depressiyanın müalicəsində hər iki metodun eyni vaxtda istifasdəsini vacib bilir.
Müalicəsi fiziki hərəkətlər pasiyentlər üçün ən yaxşı seçim ola bilər.
Aygün Musayeva