Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Antidepressantlar insanın şəxsiyyətini dəyişir - Hamilə ikən içdiklərinizə DİQQƏT!

  • 2019.01.15 15:57
  • 13716 Baxış
Antidepressantlar insanın şəxsiyyətini dəyişir -  Hamilə ikən içdiklərinizə DİQQƏT!

Son dövrlərdə antidepressantların qəbulundan sonra insanın şəxsiyyətinin dəyişdiyi haqda bir sıra məlumatlara rast gəlinir. 

 

Medicina.az-ın xəbərinə görə, ABŞ-da keçirilən kiçik bir araşdırmanın nəticəsində məlum olub ki, bu dərmanlar uşağın beynində bir sıra koqnetiv və emosional problemlər yarada biləcək dəyişikliklər meydana gətirə bilər. 


Tədqiqat zamanı anaları hamiləlik zamanı antidepressant qəbul edən 16 yenidoğulmuşun beyni analiz edilib. Paralel olaraq da, anaları onlara hamilə olan zaman depressiyadan əziyyət çəkən, lakin heç bir dərman qəbul etməyən 21 və anaları hamiləlik zamanı depressiyadan əziyyət çəkməyən 61 körpə müayinə edilib.


Araşdırma göstərib ki, dərman qəbul edən anaların körpələrin baş beyinlərində o biri körpələrdən fərqli olaraq emosiyaları idarə edən sahələrdə kəskin böyümələr var.  


"Hələ ki bu vəziyyətin gələcəkdə uşağın koqnetiv və psixoemosional vəziyyətinə hansı dərəcədə təsir göstərəcəyini dəqiq söyləmək çətindir. Bunun üçün bir sıra əlavə tədqiqatlara ehtiyac var. Amma bu preparatlar bir mənalı olaraq insanın şəxsiyyətinin və düşüncələrinin dəyişməsində böyük rol oynayır”, - deyə alimlər bildirirlər. 


Hamilə qadınlarda müşahidə edilən depressiyanı aradan qaldırmaq mütləqdir. Amma bu, anaya və uşağa zərər vurmadan, yəni medikamentlərin köməyi olmadan həyata keçirilməlidir. Anada müşahidə olunan depressiya müalicə edilmədikdə, həm körpənin, həm də ananın həyatı təhlükə altına girə bilər. Belə ki, depressiyada olan ana qidalanmır, cəmiyyətdən təcrid olunur, hətta sui-qəsdə də əl atır.  

 

Arzu

Medicina.az