Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

- Milyonda bir rast gəlinən xəstəlik/FOTOAntidepressant dərman qadını bu hala qoydu

  • 2017.11.02 18:30
  • 31348 Baxış
 - Milyonda bir rast gəlinən xəstəlik/FOTO Antidepressant dərman qadını bu hala qoydu
35 yaşındakı Sandi Simonson adlı qadın içdiyi antidepressant dərmanlarının qurbanı olub.

Medicina.az xəbər verir ki, vücudunda  şişlər və səpkilər yaranan qadın yüksək qızdırma, nəfəs darlığı ilə təcili xəstəxanaya çatdırılıb. 

Həkimlər içdiyi dərmanların qadını bu vəziyyətə saldığını söyləyiblər. Antidepressant dərmanları qəbul edən Sandi dərmana kiçik dozadan başlasa da,  problem yaranmadığı üçün  artırıb. 3 həftə sonra qadının qızdırması yüksəlib. Soyuqdəymə olduğunu düşünsə də, onun vəziyyəti get-gedə pisləşib.

Öncə qolları və ayaqları şişməyə başlayıb. Üzü, barmaqları daha sonra isə bütün vücudu qaşınmağa başlayıb. Qaşınmanı azaltmaq üçün bütün vücuduna lasyonlar çəkilsə də faydası olmayıb. Qida borusu şişməyə başladığı zaman artıq qadın nəfəs ala bilməyib. 

Xəstəyə Stevens Jonsons sindromu diaqnozu qoyulub. Həkimlərin sözlərinə görə, milyonda bir adamda rast gəlinən bu xəstəlik vücudun dərmana reaksiyasından sonra ortaya çıxıb. 4 gün reanimasiyada qaldıqdan sonra normal otağa keçirilib. 

Qəbul etdiyi dərmanları dəyişdikdən sonra isə qadının vücudu əvvəlki vəziyyətinə dönə bilib.