Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

- TƏBİİ DƏRMAN RESEPTLƏRİAntibiotiklərin hamısını atın!

  • 2018.08.02 17:10
  • 20842 Baxış
- TƏBİİ DƏRMAN RESEPTLƏRİ Antibiotiklərin hamısını atın!
Əsasən uşaqlarda rast gəlinən badamcıq iltihabına Streptococcus pyogenes adlı bakteriyalar səbəb olur. 


Medicina.az xəbər verir ki, bu xəstəlik yüksək qızdırma və qusma ilə müşayiət olunur, ağrı verir. 


Bundan əlavə, badamcıq iltihabı yoluxucudur. Əksər zaman iltihab əleyhinə antibiotiklərdən istifadə edilir. Antibiotik isə orqanizmin immun sistemini zəiflətdiyi üçün, xüsusən uşaqlara verilməsi qadağandır.


Bəs badamcıq iltihabı ilə antibiotiksiz necə mübarizə aparmalı? 


Medicina.az həmin üsulları təqdim edir:


Süd yara və iltihabı sağaldır. Zərdəçal isə təbii antibiotikdir. Antiseptik özəlliyi olan zərdəçal, süd və qara istiot qarışımı iltihab ağrılarını sakitləşdirir.

 

Картинки по запросу ılık süt


Bir stəkan ilıq suyun içinə bir desert qaşığı bal əlavə edin və qarışdırın. Ac qarnına bu suyu için. Gün ərzində 3 dəfə içə bilərsiniz. Bu qarışım ağrıları azaldır və iltihabı tez bir zamanda lokallaşdırır. 


Qara turp və baldan hazırlanmış qarışım öskürək əleyhinə təbii antibiotikdir. Hazırlamaq üçün qara turpun iç hissəsini oyub, yerinə bir qaşıq təbii bal əlavə edin. Bir gün saxladıqdan sonra suyu için. Öskürəyi dərhal kəsir. 


Boğaz gəldikdə isə sirkədən dərman kimi istifadə edə bilərsiniz. Bunun üçün orqanik alma sirkəsi tapın. İki stəkan ilıq suya 3 yemək qaşığı alma sirkəsi əlavə edin. Bu qarışımı bir dəfəyə içməlisiniz.

 

Essensial yağlardan limon, qreypfrut, lavanda, kəklik otu (timyan) və darçın yağını seçə bilərsiniz. Bir qaba isti su tökün və yağlardan 5 damcı damladın. Sudan çıxan buxarı ağız yoluyla içinizə çəkin. Bunu 10 dəqiqə ərzində davam etdirin.

 

Картинки по запросу sarımsak


Sarımsağın antibiotik təsiri hamıya məlumdur. Badamcıq ağrısı və boğaz iltihabına qarşı kəskin təsiri olan sarımsağı 2 yerə bölüb, ağzınıza atıb şirniyyat kimi sovurun. Bunu etmək istəmirsinizsə, alternativ variant da var. Bir stəkan suyun içinə 3 diş sarımsaq atın və 10 dəqiqə qaynadın. Qaynayan suyun içinə bir çimdik qara istiot əlavə edin və için.


Bir yemək qaşığı orqanik zeytun yağında 2 ədəd rəndələnmiş soğan qovurun. Qarışım bir az soyuduqdan sonra geniş bez parçasının, yaxud marlanın içərisinə qoyun. Bunu da boğazınızın ətrafına sarıyın. Ağrının tez bir zamanda keçdiyinin şahidi olacaqsınız. 


Antibakterial xüsusiyyəti olan darçın bakteriyaların çoxalmasının və dağılmasının qarşısını alır. Bir stəkan suyun içinə bir desert qaşığı toz darçın əlavə edin və təxminən 5 dəqiqə dəmləyin. Sonra istəyinizə görə təzə limon suyu sıxın və bu çayı süzərək için. Toz darçından xoşunuz gəlmirsə, bunu çubuq darçınla da əvəz edə bilərsiniz. Lakin bu halda dəmləmə müddəti 10 dəqiqə olmalıdır. Gündə 2 dəfə içə bilərsiniz.

MEDİCİNA.AZ