Dünyanın səhiyyə sistemində qlobal problemlərdən biri də mövcud antibiotiklərə bakteriyaların dözümlülüyü və antibiotik rezisdentliyin artmasıdır.
Kovid pandemiyası bu prosesi daha da sürətləndirib. İnsanlar kovidlə mübarizədə lazım oldu -olmadı antibiotiklərə üz tutdu. Demək olar, bütün yeni nəsil antibiotiklər artıq uşaqlara və böyüklərə təyin olunur.
Bu proses ötən əsrin 60-cı illərindən başlayıb. Alimlər hər dəfə bakteriyalar dərmanlara öyrəşdikcə, yeni-yeni antibiotik növləri kəşf edirdilər.
Hazırda vəziyyət o qədər təhlükəlidir ki, alimlər daha antibiotik yox, ona alternativ, başqa təsiredici variant axtarır.
Bakupost.az xəbər verir ki, bunlardan biri ötən əsrdə kəşf olunmuş bakterofaqlardır.
Bakterofaq bakteroid viruslardır, onlar antibitiklər xəstəni sağalda bilməyəndə tətbiq edilir.
Gürcü alimləri hazırda bakterofaqlarla yeni metod bakterial terapiyanın üzərində çalışır.
Klinik təcrübədə bu yolla artıq yüzlərlə xəstə infeksiyadan sağalıb.
Hər ehtimala qarşı antibiotik təyini nəticəsində hər il dünyada 700 min insan antibiotiklərin təsir etməməsi səbəbindən xəstəxanalarda ölür.
İnfeksiya ştamlarına qarşı rezisdentlik nəticəsində adi xəstəliklər müalicəyə tabe olmur, insanlar sadə bir yaradan ölə bilir.
Azərbaycanda antibiotiklərin apteklərdə reseptsiz olması, hər kəs üçün əlçatan olması ölkəmizdə ciddi problem yaradacaq.
Aygün Musayeva