Antibiotikterapiyadan sonra bağırsaq mikroflorası məhv olur. Onu bərpa etmək 6 aya qədər vaxt tələb edir.
"Medicina" xəbər verir ki, terapevt Olqa Borisova bağırsaqları bərpa etmək üçün vacib ərzaqları açıqlayıb.
"Antibiotiklər təkcə xəstəlik törədən mikrob və infeksiyaları yox, faydalı bakteriya ordusunu da məhv edir.
Zəifləmiş mikrobiom psixoloji problemlərdən tutmuş xərçəngə kimi səbəb ola bilər.
Ona görə də mikrofloranı mümkün qədər gücləndirmək lazımdır.
Aktiv flora yetişdirmək üçün xəstə şirniyyat, süd məhsulu, alkoqol, qazlı içki və ağ undan uzaq durub bu qidaları menyuya daxil etməlidir:
- qatıq, kefir, yoqurt
- Kələm turşusu
- Alma sirkəsi
- Çay göbələyi
- Prebiotik və probiotiklər
- Banan
- Pomidor
- Soğan, sarımsaq
- Kələm
- Sümük bulyonu
Aygün Musayeva