Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Antibiotiklər insanlığın bəlası olacaq - Məşhur həkimdən 2050-ci il PROQNOZU

  • 2020.11.30 15:55
  • 1842 Baxış
Antibiotiklər insanlığın bəlası olacaq  - Məşhur həkimdən 2050-ci il PROQNOZU

Professor Dr. Alpay Azap hesab edir ki, antibiotiklər barədə tədbirlər görülməzsə, yaxın 30 ildə insanlar çox sadə infeksiyalardan öləcəklər.

Medicina.az xəbər verir ki, alim antibiotiklərin yalnız bakteriyaların səbəb olduğu infeksiyalara qarşı təsirli olduğunu deyib:

“Antibiotiklər qrip və soyuqdəymə kimi infeksiyalarda deyil, bakteriyaların səbəb olduğunu düşündüyümüz infeksiyalarda həkimin tövsiyəsi ilə istifadə olunmalıdır. Antibiotiklər bütün canlı hüceyrələrə zərər verə biləcək ciddi dərmanlardır.


Antibiotiklərin lazımsız istifadəsi başda ürək, qaraciyər və böyrəklərə ziyan vura bilər. Antibiotik müqaviməti bakteriyalar antibiotiklərlə qarşılaşdığı zaman meydana gəlir. Hər bir fərdin cəmiyyətdə fərqli xüsusiyyətləri olduğu kimi, istifadə edilən antibiotiklərə qarşı bakteriyaların təbii müqaviməti də fərqlidir.

Antibiotiklər ona həssas olan bakteriyaları öldürsə də, anadangəlmə müqavimətli olan bakteriyalar ölmürlər, əksinə həssas bakteriyaların ölümü ilə yaranmış boşluqdan istifadə edərək çoxalmağa davam edirlər. Üstəlik özlərinin antibiotikə qarşı müqavimət göstərən genetik xüsusiyyətlərini başqalarına da bulaşdıraraq onların da müqavimət göstərməsinə səbəb olurlar. Bir müddətdən sonra o bakteriya növü antibiotikə qarşı davamlı olur”.

Antibiotiklərin düzgün və rasional istifadəsinin yalnız həkimlərin səyləri ilə mümkün olacağını və bu məsələdən ictimaiyyətin məsuliyyət daşıdığını qeyd edən professor hesab edir ki, antibiotik müqaviməti yaxın gələcəkdə insan sağlamlığı üçün ciddi bir təhlükə yaradacaq:

“Ciddi tədbirlər görülməsə, 2050-ci ilə qədər bu rəqəm 10 milyona çatacaq. İnsanlar çox sadə infeksiyalardan öləcəklər.

Əl yuma və ümumi gigiyena qaydalarına riayət etməklə, peyvəndlənmə və immun sistemini gücləndirməklə infeksiyanın qarşısını almaq mümkündür, bu halda antibiotik istifadəsinə ehtiyac qalmayacaq”.