Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Antibiotikin koronavirus xəstələrinə ölümcül təsiri üzə çıxdı

  • 2020.09.19 13:28
  • 3498 Baxış
Antibiotikin koronavirus xəstələrinə  ölümcül təsiri üzə çıxdı

Koronavirusun fəsadları ilə mübarizə aparmaq üçün istifadə olunan antibiotik “Azitromisin” bir sıra digər dərmanlarla birlikdə istifadə edildikdə infarkta səbəb ola bilər.

Medicina.az xəbər verir ki, bu barədə Çikaqodakı İllinoys Universitetinin alimləri araşdırma aparıb. Araşdırmanın nəticələri “JAMA Network Open” jurnalında dərc olunub. Mütəxəssislər 44 milyondan çox xəstə haqqında məlumatları araşdırıb, biri “Amoksisilin”, digəri “Azitromisin” qəbul edən iki qrupun nəticələrini müqayisə ediblər. “Azitromisin”in ürəyin elektrik impulslarına təsir edən dərmanlarla uyğun gəlmədiyi ortaya çıxıb. Birlikdə qəbul edildikdə ürək çatışmazlığı riski 40% artır. Nəticədə ani infarkt və ölümə səbəb ola bilər. “Azitromisin”lə uyğun olmayan dərmanlara qan təzyiqi preparatları, antidepressantlar, antimalarial dərmanlar və opioidlər daxildir.

Xatırladaq ki, Tibbi cəmiyyət “Azitromisin”in təhlükəsi barədə hələ may ayında xəbərdarlıq etmişdi, lakin onda elmi təsdiqini almamışdı. Həkimlər bu antibiotikin hidroksixlorokinlə qəbul edilməsinin ürək ritminin pozulmasına və qəfil ölümə səbəb ola biləcəyini bildirib. Eyni zamanda tanınmış azərbaycanlı professor Əlizamin Sadıqov da sözügedən antibiotikin koronavirusun müalicəsində istifadəsinin səhv olduğunu qeyd edib.