Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Antibiotikdən ölən 10 yaşlı Elnar barədə YENİ XƏBƏR

  • 2019.03.12 14:09
  • 14706 Baxış
Antibiotikdən ölən 10 yaşlı Elnar barədə  YENİ XƏBƏR

Baş həkimin müavini: "Ona antibiotik evdə vurulmuşdu”


Xəbər verdiyimiz kimi, martın 6-da Cəlilabad rayonunun Qarazəncir kənd sakini, 2009-cu il təvəllüdlü Elnar Mustafayevə antibiotik vurulduqdan sonra uşağın vəsiyyəti pisləşmiş, bunun ardınca isə 10 yaşlı oğlan dünyasını dəyişmişdi. 


Cəlilabad rayon Mərkəzi Xəstəxanasının baş həkiminin müavini Valeh Məmmədov faktla bağlı Medicina.az-a bildirib ki, antibiotikdən öldüyü deyilən həmin uşaq xəstəxanaya gətirilərkən artıq dünyasını dəyişibmiş.


Həkim bildirib ki, uşağa ev şəraitində vurulan antibiotik iynəsi onda şok yaradıb. Təcili olaraq xəstəxanaya çatdırılsa da, onun keçindiyi məlum olub.  

Xəstəxanadan bildirildi ki, ölüm faktı ilə bağlı prokurorluqda araşdırma aparılır. Yaxın günlərdə hadisənin baş vermə səbəbi müəyyənləşdiriləcək.