Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Antibiotik qızı şikəst etdi – “Adında “ oks” olan preparatlar qorxuludur”

  • 2018.10.17 18:12
  • 27850 Baxış
Antibiotik qızı şikəst etdi –  “Adında “ oks” olan preparatlar qorxuludur”
Sinusit, sidik kisəsinin infeksiyaları, dəri infeksiyaları və s. xəstəliklərdə tətbiq olunan ofloksatin, çiprofloksasin, levofloksasin kimi adında oks olan qrup antibiotiklər insan səhhətinə geridönməz fəsadlar verə bilər. 


Medicina.az xəbər verir ki, Rusiya vətəndaşı olan 26 yaşlı pasiyent bir antibiotiklə həyatının necə məhv olduğunu açıqlayıb:


" 2010-cu ildə mən sidik kisəsi iltihabına görə çiprofloksasin antiobiotikini qəbul etdim. Bu dərman çox nadir halda təyin olunmalıdır, çünki mitonxondrial hüceyrələri dağıdır. 


Ftorxinol tərkibli bu antibiotiklər hematoensefalik baryeri də aşır, depressiya, suisid fikirləri yaradır. 

Məndə bu antibiotik onurğamın distrofiyası, artrit, bütün əzələ bağlarının dağılmasına səbəb oldu. 


Ən dəhşətlisi budur ki, nə qədər uzun müddət bu dərman qəbul olunursa, zərərli təsiri bir o qədər çox yığılır. Bu dərmanı qəbul edən insanların 90%-də oynaq, bağlar, fəqərələrə gedən qanın axını pozur. 


Hər insanın bir baryeri var. Eləsi var bir-iki tabletdən sonra dərhal əks reaksiya gedir, eləsi var 20 dəfə qəbul edəndən sonra problemlər yaranmağa başlayır. 


Mənim xəstəliklərimin müalicəsi yoxdur. Həkimlər həyatımın xilası üçün bədənimdə, orqanizmində nə salamat qalıbsa onları qorumağa, yığmağa çalışır.

Bu illərlə davam edən kabusdur. Xilas yolu yoxdur. Antibiotik artıq işini görüb. Əgər mənim Tanrıya inamım olmasaydı, çoxdan özümü asmışdım. 

Bu 7 ildə 3 revmatoloq, ortoped, cərrah, fizioterapevt müalicəsindən keçmişəm. 


Gəzmək, əvvəlki kimi hərəkətdə olmaq üçün böyük qüvvə sərf etdim. 


Başıma gələnləri çox yerdə paylaşıram ki, insanlar bu tip antibiotiklərdən ehtiyatlı və uzaq olsun”

 

 


Antibiotik qızı şikəst etdi –  “Adında “ oks” olan preparatlar qorxuludur”