Mövsümi xəstəliklər, qrip, bakterial infeksiyalar, koronavirus zamanı antibiotiklər təyin olunan insanlar həmin günlərdə bu dərmanlara əks olan və təsirini azaldan qidalardan da uzaq durmalıdır.
Medicina.az xəbər verir ki, endokrinoloqlar bu qidaları açıqlayıb. Menyudan şirin meyvələr, banan, soğan, sarımsaq, bal, duzlu şoraba, marinad, souslar, kolbasa, mayonez, təbii meyvə şirələri, ananas, qreypfrut, yağda qızarma qidalar çıxarılmalıdır.
Həmçinin antibiotik içən uşaqlara da təzə meyvə şirələri verməyin.
Əvəzində təbi yoqurt, kefir, qatıq, pendir, kələm, göyərti yeyin ki, bağırsaq mikroflorası pozulmasın.
Qaraciyəri qorumaq üçünsə balıq, mərci, badam, araxis, küncüt, kəsmik, toyuq əti, yumurta yeyə bilərsiz.