Xəstəliklə mübarizə üçün insana təyin edilən antibiotik preparatları orqanizm üçün sanki dəhşətli nüvə partlayışı təsirinə malikdir.
O daha çox mədə-bağırsaq sitemi və mikrofloranı məhv edir.
Bakupost.az xəbər verir ki, bunu tibb elmləri namizədi, qastroenteroloq Vladimir Neronov bildirib.
O, qeyd edib ki, infeksion xəstəliklərlə mübarizədə çox güclü silah olan antibiotiklərin fəsadları da az deyil.
"Bakteriya, göbələk və s. mikroorqanizmlərin çox hissəsi insanın bağırsaqlarında yaşayır. 100 trilyon sayda olan göbələk, bakteriyaların böyük qismi yoğun bağırsaqdadır.
Antibakterial terapiyadan sonra bağırsaqlarda sanki nüvə silahı partlayır. Onun dalğası pis bakteriyalar kimi, yaxşı və lazımlı milyardlarla bakteriya məhz olub ölür. Onların bərpası üçün aylarla vaxt lazım gəlir.
Hətta bəzi növ mikroorqanizmlər həmişəlik yoxa çıxır, bir daha bərpa olmur. Antibiotik içdikdə, ən həssas mikroblar birinci dalğada ölür, onun yerini bu antibiotikə daha az həssas və dözümlü mikroblar alır. Bu da disbioz adlı yeni xəstəliyə səbəb olur.
Son illər almlər bağırsaq mikrobiomuna az təsir edən antibiotiklər icad etmək üzərində işləyir.
Eləcə də antibiotiklərdən sonra xəstəyə mütləq şəkildə təyin olunan probiotiklər simbiotiklərlə əvəz olunur. Bu da pozitiv mikrob ailəsinin artmasına səbəb olur.
Bir şeyi unutmaq olmaz ki, istənilən dərmanın təyini orqanizmin sağalmasına yönəlməlidir və mütəxəssislər tərəfindən təyin olunmalıdır. Özbaşına, yüngül hallarda, profilaktika məqsədilə antibiotik qəbul etmək olmaz".
Aygün Musayeva
BakuPost