Antibiotik qəbul edərkən siqaret çəkə bilərsinizmi? Bu sual tez-tez nikotin aludəçilərini narahat edir. Adətən həkimlər siqareti tərgitməyi məsləhət görürlər ki, antibakterial dərmanlar yazılsın.
“Medicina” xəbər verir ki, antibiotik qəbul edərkən siqaret çəksəniz nə olacaq sualına Ohayo ştatındakı Wright-Patterson Tibb Mərkəzinin həkimləri cavab tapıb.
Xəstəxanaya siqaret çəkən, 64 yaşlı kişi xəstə müraciət edib.
O, antibiotik qəbul etdikdən sonra dilinin rənginin dəyişməsindən şikayət edirdi. Kişinin dili qəribə yaşıl rəng almış, üzərində tüklər çıxmış, kişi canavara çevrildiyindən qorxuya düşmüşdü.
Kişi 1 həftə əvvəl linkosamid qrupunun antibiotikini qəbul etdiyini bildirib. Dərman diş əti infeksiyalarını müalicə etmək üçün həkimlər tərəfindən təyin edilib.
Qeyd edilir ki, antibiotik qəbulu ağızda mikrob tarazlığını poza, bakteriyaların sayını və növlərini dəyişdirərək dildə toplanmasına səbəb ola bilər.
Xəstə çətin də olsa sağaldı. 6 aydan sonra saçları tam töküldü. Həkimlərin təkidinə baxmayaraq, o, siqareti tərgitmədi.
Günay Quluzadə