Rusiyalı alimlər antibakterial effektli pambıq icad ediblər.
“Medicina” xəbər verir ki, materialın görünüşü və keyfiyyəti adi pambıqdan fərqlənmir.
Alimlər materialın üzərini oksid metal nano zərrəcikləri ilə örtüblər, bu bakteriya və mikroorqanizmlərin aktivliyinin qarşısını alır.
Əlavə müdafiə üçün alimlər ultrasəs işlənmə texnologiyasından istifadə ediblər.
Pambıq materiaı avtomatda 20 dəfə yuyulmaya qədər effektini qoruyub saxlayır.
Sınaq müddəti Vyetnamda keçirilib, orada nəmişlik materialın üzərində bakteriyaların artması üçün münbitdir. Nəticələr göstərib ki, bu materialda mikorqanizmlər adi pambıq parçadan 50-100 dəfə az olub.
Bu parça 20 dəfə daha möhkəmdir, çünki parçanın dağılmasının səbəbi birhüceyrələri göbələklər olur, burda oksid sink bunun qarşısını alır.
Aygün Musayeva