Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Antarktidada “sirli” qapı – Google Mapsda görünən nədir?

  • 2024.10.18 15:40
  • 1189 Baxış
Antarktidada “sirli” qapı   – Google Mapsda görünən nədir?

Google Maps xəritəsində Antarktidada maraqlı yer tapılıb.


"Medicina" xəbər verir ki, belə ki, xəritədə qapıya bənzər görüntü, qapı izləyiciləri düşündürüb.


Çox adamın gözündən yayınan bu keçid Antarktidada Seva adlı yapon stansiyasının şərqindədir.

Sosial şəbəkə izləyiciləri və səyahətçilər bu qapını zarafatla qar adamının mağarasına giriş də adlandırıb.

Belə bir ehtimal da var ki, bu qapı Boing təyyarəsinin qopub düşmüş qapısıdır.

Professor Betan Devis fotoda mistik bir şey olmadığını deyib.
İzləyicilərin qapıya bənzətdiyi aysberqdir.

Bu aysberq hərəkətsiz buzlaqda, sahilə yaxındır.

Orda çoxlu xırda adalar arxipelağı var. Aysberq burda ilişib qalıb, indi isə əriyərək belə forma alıb.

Digər professor Martin Ziqert də görüntünün buz parçası axını olduğunu, əriyib, təkrar buzlaşmaya məruz qaldığından qapı forması aldığını bildirib.

Qeyd edək ki, bir çox insanlar Antarktridada elmə məlum olmayan sivilizasiyanın və başqa aləmə qapı olduğuna inanır.


Aygün Musayeva