Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Antarktidada ilk dəfə quş qripi aşkarlandı

  • 2024.02.27 16:00
  • 674 Baxış
Antarktidada ilk dəfə quş qripi aşkarlandı
Antarktida materikində ilk dəfə quş qripi (H5N1) aşkar edilib.

Medicina.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə İspaniya Ali Elmi Tədqiqat Şurasının yaydığı məlumatda bildirilib.

Məlumata görə, argentinalı alimlər Antarktidadakı Primavera bazası yaxınlığında tapdıqları 2 ölü qütb qağayısında (skua) quş qripi aşkarlayıblar.

Bunun Antarktika materikində ilk hadisə olduğu vurğulanıb.

“Bu kəşf göstərir ki, qitəni digərlərindən ayıran təbii sərhədlərə və məsafəyə baxmayaraq, virus ilk dəfə Antarktidaya qədər gəlib çatıb”, - deyə məlumatda qeyd edilib.

Antarktida Tədqiqatları üzrə Elmi Komitə də buradakı bəzi qağayı növlərində şübhəli halların qeydə alındığını açıqlayıb.

Qripin pinqvinlər üçün potensial risk olduğu ifadə edilib.

Virusun Antarktidaya köçəri quşlar vasitəsilə gəldiyi ehtimal edilir.


Gül