«Antarctic Heritage Trust» qrupu Antarktidada "Diskaveri” komasında komanda üzvləri bir kisə qırmızı soğan tapıblar.
Medicina.az xəbər verir ki, müayinələr göstərib ki, soğan orda 100 ildir qoyulub.
Təxmin edilir ki, soğanı 1902-ci ildə britaniyalı tədqiqatçı Robert Skotun qrupu özü ilə gətirib.
Maraqlıdır ki, soğan çürüməyib, kiflənməyib, sadəcə quruyub. Rəngi, forması, hətta ətrini də saxlayıb.
Alimlər soğanın bu dərəcədə qalmasının səbəbini aşağı temperatur və buzlu klimatda görür.
Uzaq yola çıxan dənizçilər həmişə özləri ilə çox miqdarda kisələrdə qırmızı soğan götürürdülər. Bu soğanla onlar həm sinqa xəstəliyini müalicə edir, həm soyuğa qarşı davamlı olur, həm də C vitamini mənbəyi idi.