Azərbaycanda daha bir tanınmış simanın yaxını koronavirusun qurbanı olub.
"BakuPost"un məlumatına görə, bir neçə il öncə fəaliyyətini dayandırdan ANS televiziyasının aparıcılarından olan Nəzrin Əhmədovanın valideynlərinin COVİD-19 testi pozitiv çıxmışdı. Onlar "Yeni Klinika"ya yerləşdirilmişdilər.
N.Əhmədovanın anasını həkimlərin bütün səylərinə baxmayaraq xilas etmək mümkün olmayıb. Mərhum bundan öncə də onkoloji xəstəlikdən əziyyət çəkib.
Xatırladaq ki, uzun müddət ANS PRESS portalının da baş redaktoru kimi çalışan N.Əhmədova hazırda ailəsi ilə birlikdə İspaniyada yaşayır.