Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Anomal istilərin səbəbi- Təhlükəli dalğalar

  • 2023.05.30 15:30
  • 1998 Baxış
Anomal istilərin səbəbi - Təhlükəli dalğalar
Rusiyanın Hidrometeorologiya Mərkəzi anomal istilər barədə xəbərdarlıq edib.

Mayın 31-dən Rusiyanın bir sıra regionlarında təhlükəli isti dalğaları gözlənilir,


“Medicina” xəbər verir ki, Hidrometeorologiya Mərkəzinin elmi direktoru Roman Vilfand “İzvestiya”ya bildirib.

Onun sözlərinə görə, Sibirin şimalında, Sverdlovsk vilayətində və Volqa federal dairəsinin bütün subyektlərində həftənin ortalarından etibarən atipik istilər müşahidə olunacaq. Havanın temperaturu normadan 8 dərəcə yüksək olacaq.


Temperatur normanı beş-yeddi dərəcə aşdığda, bu artıq anormal istilik hesab edilir. Bu dövr təxminən bir həftə davam edəcək. Belə istilər yanğınları təhrik etməklə yanaşı, insanların səhhətinə çox mənfi təsir göstərəcək.

Hazırda Sverdlovsk və Tümen vilayətlərində, Krasnoyarsk diyarında və Xantı-Mansiysk Muxtar Dairəsində aparılan təbii yanğınların söndürülməsi səylərini puça çıxara bilər.


Ölkənin 22 regionunda, o cümlədən Kamçatka, Xabarovsk, Krasnoyarsk, Perm, Altay əraziləri, Amur, Tomsk, Tümen vilayətləri və bir sıra digər rayonlarda yanğın riski yüksəkdir.

Qeyd edək ki. mayın sonuna görə Azərbaycanda da normadan artıq yüksək temperatur müşahidə olunur.

Aygün Musayeva