Qlobal iqlim dəyişikliyi ilə bağlı dünyanın bütün nöqtələrində ildən-ilə artan anomal istilər getdikcə daha çox insan canı alır.
"Medicina" xəbər verir ki, qlobal istiləşmənin dünya səhiyyə sisteminə mənfi təsiri barədə məşhur elmi dərgi The Lancetdə araşdırma dərc olunub.
Alimlər bildirir ki, əgər temperaturun təcili azaldılması ilə bağlı tədbirlər görülməsə, anomal istilərin qurbanlarının sayı 2 dəfə artacaq.
ABŞ, Avstraliya və Kanada alimlərinin birgə araşdırdığı "Ekstremal istilərin sağlamlıq üçün riski" mövzusu həyəcan təbili vurmağa əsas verir.
Araşdırmaya görə, 2019-cu ildə yüksək hərarətdən 356 min insan vəfat edib.
Dünyada istidən ölümlərin statistikası 1981-ci -2016-cı illər arası artmağa başlayır.
1982-ci ildən bu rəqəm 70% artıb.
Havanın ekstremal həddə qızması ən azı 17 ölüm səbəbi yaradır. Əksəriyyəti insult, infarkt, ağciyər tutmasıdır.
Eləcə də isti havadan təbiət hadisələri olduğu üçün çarpaz ölümlər də olur: qətl, intihar, su daşqını, suda boğulma və s.
Aygün Musayeva