Türkiyədə Ankarada son 2 ayda saxta spirtli içkidən dünyasını dəyişənlərin sayı 105-ə, istintaq çərçivəsində həbs olunanların sayı isə 43-ə yüksəlib.
Medicina.az xəbər verir ki, saxta spirtli içkilərdən ölüm halları artmaqda davam edir.
Ankara Respublika Baş Prokurorluğunun saxta spirtli içki istehsal edən və satan şəxslərlə bağlı başlatdığı istintaqda saxlanılanların sayı 43-ə yüksəlib, 50 şübhəli isə məhkəmə nəzarəti tədbirləri ilə sərbəst buraxılıb.
Digər tərəfdən, saxta spirtli içkilərdən istifadə nəticəsində həyatını itirənlərin sayı günü-gündən artır.
Ölənlərin sayı 105-ə yüksəlib, 29 nəfərin reanimasiyada müalicəsi davam edir.
Aygün
Medicina.az