Rusiyalı onkoloqlar birbaşa olmasa da, dolayısı ilə xərçəngin yaranmasına işarət edən fərqli simptomları açıqlayıb.
Medicina.az xəbər verir ki, onkologiyada ən ağır xəstəlik olan mədəaltı vəzin şişləri çox zaman adi diabet əlamətləri ilə başlayır.
Əgər bir insanda zamanla yox, qəfildən qanda şəkər yüksəlirsə və ona diabet diaqnozu qoyulursa, bu insanın mədəaltı vəzisi ciddi yoxlanmalıdır.
Bu barədə onkoloq həkim Alina Yaçnaya məlumat verinb.
Mədəaltı vəz elə yerləşib ki, UZİ-də onun daxilində şiş olub-olmaması görünmür və simptomlar da olmur. Xəstə mədəaltı vəzidən şikayətlənəndə isə artıq xərçəng 3-4-cü mərhələdə olur.
“Mədəaltı vəzdə şişlər çox nadir halda, təsadüfən aşkarlanır. Qalan hallarda həkimlər də bəzən gec qalır.
Bir maraqlı simptom var. Qəfildən şəkərli diabet inkişaf etməsi xəstəni, həkimi düşündürməlidir. Mütləq diabet diaqnozu iə yanaşı mədəaltı vəz MRT və ya KT olunmalıdır, dəqiq santimetrinə kimi yoxlanmalıdır.
Çünki orqanda ağrı, şişkinlik, xəstənin arıqlaması kimi simptomlar şiş artıq metastaz verəndə başlayır”.