Hazırda boğaz gəlməsi, badamcıqların iltihabı, angina, qripdən sonra boğaz ətində bakterial fəsad halları çoxdur.
Medicina.az angina kimi bəlanı cəmi 4 saata ram edən türkəçarəni təqdim edir.
Resetpdə Peyğəmbərlərin sevimli müalicə vasitəsi qara çörək otu (qara zirə) toxumu istifadə olunur.
Yarım stəkan üyüdülmüş (qəhvəüyüdəndə və ya həvəngdəstədə) qara zirə toxumunun üzərinə 1 stəkan təmiz su alıb, 10 dəqiqə qaynadın. Nəticədə qatı, qəhvəyə bənzər kütlə alınacaq. Onu süzgəcdən keçirin, yenidən yarım stəkan su alıb,
odda qaynayana kimi saxlayın. Bura 1 xörək qaşığı ya alma sirkəsi, ya da tünd konyak əlavə edib, qarışdırın. Şüşə qaba yığın. Hər 30 dəqiqədən bir 1 xörək qaşığı için. 3 saat sonra boğaz ağrısı getdikcə düzələcək. 4 saatdan sonra qəbulu dayandırın.
Sabah yenə təkrarlaya bilərsiniz. Uşaqlara da çay qaşığı miqdarında verə bilərsiniz.