Baş beyin arteriyalarının lokal sahədə genişlənməsi, damar divarlarının zədələnməsi, balonlaşmasıdır. Bu patologiya hər 100.000 əhalinin 13-də var və nəticədə beyin qanaması ilə sonuclanır. Çox hallarda xəstənin ölümünə səbəb olur.
Anevrizma yaranması simptomsuz başlayır, xəstə uzun müddət bundan xəbərsiz ola bilir və partlayıb qanaması da qəfil baş verir.
Medicina.az hansı qrup insanların anevrizma ilə üzləşdiyini və səbəbləri, müalicə yollarını təqdim edir.
Anevrizma adətən tam yetişməyən, zədəli damarlarda yaranır. Qanın güclü təzyiqi axını nəticəsində bu zədəli damar divarı dartılır, genişlənir və burda qabarıq sahə əmələ gəlir.
Anevrizmanın 2 tipi ayırd olunur:
-Kisə formalı – geniş yayılmış formasıdır, anevrizma yumru kisəciyi xatırladır və kiçik ayaqcıqla damara bitişmiş olur. Məhz bu kisəcik yırtılıb partlayaraq, qansızmaya səbəb ola bilər.
-Fuzi forma – bu formada dartılma, genişlənmə damarın bütün diametri boyu olur və KT çəkimlərində bu damarın bərabər qalınlaşması kimi görünür.
Anevrizmanın partlama riski ölçüsünə görədir. Məsələn, 33 mm diametrdə olan defektlər ciddi təhlükə daşımır. Belə insanlar müntəzəm olaraq müayinə olunmalı və ölçünü nəzarətdə saxlamalıdır. Əgər diametr böyümürsə, müalicə lazım olmur.
Anevrizmanı partlatmağa sövq edən vərdişlər:
-Təzyiqin qalxması və buna nəzarətin olmaması
-Az hərəkətlilik
-Siqaret
-İçki
-Artıq çəki
-Yağlı qidalanma- damarların xolesterinlə tutulması
Simptomları
Xırda anevrizmalaer heç bir simptom vermir, amma böyük, nəhəng anevrizmalar isə bəzi simptomlar verir. Çünki onlar beyində basqı yaradır.
-Baş gicəllənmə
-Görmədə ikiləşmə, görmənin tutqunluğu
-Danışıqda fərq, dəyişiklik
-Aşağı ətrafların keyiməsi
-Ürəkbulanma
-Koordinasiyada, hərəkətdə pozulma
Arteriyanın partlamasının əlamətləri:
-Dəhşətli baş ağrısı, sanki başa çəkiclə vururlar, xəstə ağrıdan başını divara vurmaq həddinə gəlir
-Ürəkbulanma, qusma
-Nitqin pozulması
-Dərinin qızarması, tər
-Huşun itməsi
-Hərəkətin çətinləşməsi
Ağırlaşmaları
Ən geniş yayılmış ağırlaşması hemorragik insultdur. Beynin hansı hissəsində baş verməsi, nə qədər sahəyə qan sızması, gücü, vaxtında tibbi müdaxilə olub –olmamasından asılı olaraq, ağırlaşmaları olur. Bir dəfə keçirmiş pasiyentlərdə təkrar insultlar ola bilər. Bu xəstələr neyrocərrah və nevroloq nəzarəti altında olmalıdırlar.
Müalicəsi
Ümumi damar, qan dövranı, xolesterin əleyhinə müalicələr yazılsa da, bu anevrizmanı tamam aradan qaldırmır. Anevrizma varsa, böyükdürsə, yeganə müalicə əməliyyatdır. 16 mm-dən böyük diametrli anevrizmalar çıxarılmalıdır.
Anevrizmanın vaxtında təyini, diaqnostikası və əməliyyatı üçün Türkiyənin tanınmış klinika və neyrocərrahlarına müraciət etmək üçün
FAMAX Medical Turizmə müraciət edə bilərsiz:
FAMAX Medical Turizm
Tel: 012 493 22 02
050 444 30 20
Salam mən amevrizna partlamasl əməliyyatı olmuşam yay gələndən 200 netrdən çox yol gedə bilmirəm. Halm pisəşir başm fırlanm, dahada yol getdikcə gəzə bilmirəm otururam bir yerdə