Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Anemiyanın qarşısını alır, gözləri qüvvətləndirir - Bolqar bibərinin bu faydalarını bilmirsiniz

  • 2024.05.17 14:16
  • 1132 Baxış
Anemiyanın qarşısını alır, gözləri qüvvətləndirir -  Bolqar bibərinin bu faydalarını bilmirsiniz
Bolqar bibəri qida dəyəri baxımından zəngin bir tərəvəzdir.

Bir çox insan bolqar bibərinin çətin həzm olunduğunu və mədə narahatlığına səbəb olduğunu söyləyərək onu istehlak etmir. Halbuki bibərin nə qədər bişirildiyi, istifadə olunan temperatur, bişirmə üsulu və tətbiq edilən hər hansı konservləşdirmə texnikası da vacibdir.

C vitamini mənbəyi olan bolqar bibərinin bəzi faydaları sizi təəccübləndirə bilər.

Medicina.az xəbər verir ki, bolqar bibərinin heç bilmədiyiniz faydalarından agah olduqdan sonra onu həm yeməklərdə, həm də salatlarda daha çox istifadə edəcəksiniz.

1. Yaddaş itkisini gecikdirir

Heyvanlar üzərində aparılan araşdırmalar bolqar bibərinin istehlakının Alzheimer xəstələrində yaddaş itkisinin qarşısını almaqda təsirli ola biləcəyini göstərir.

Yetişmiş bibərdəki birləşmələr amiloid zülallarını buraxan bir fermentə maneə törədir. Bunlar sinir lifləri ətrafında yığılmalardan məsul olan zülallardır və Alzheimerə səbəb olurlar.

Sonrakı araşdırmalar göstərib ki, bibərdəki bir çox bitki birləşmələri, o cümlədən fenollar, karotenoidlər və flavonoidlər yaddaşı gücləndirməkdə rol oynaya bilər.

2. Gözləri qüvvətləndirir

Xüsusilə qırmızı növü göz sağlamlığını yaxşılaşdırır. Həm katarakta, həm də makula degenerasiyası riskini azaldır.

3. Anemiyanın qarşısını alır

Reproduktiv yaşda olan qadınlarda daha çox rast gəlinən anemiya qanda oksigen çatışmazlığının nəticəsidir. Ən çox görülən səbəblərdən biri dəmir çatışmazlığıdır. Bibər az miqdarda dəmir təmin edir, lakin C vitamini ilə çox zəngindir. Yarım bibər 100 mq-a qədər C vitamini ehtiva edir. Bu isə bibərdə bir çox meyvə və tərəvəzdən daha çox C vitamini olduğu mənasına gəlir. Bu vacibdir, çünki C vitamini bağırsaqda dəmirin udulmasını artırır. Çoxsaylı tədqiqatlar C vitamini ilə zəngin meyvə və tərəvəzlərlə zəngin pəhrizlərin daha çox dəmir qəbuluna səbəb olduğunu təsdiqləyir.

Bibər bu baxımdan daha effektivdir, çünki tərkibində bədəndə oksigeni daşıyan hemoglobinin istehsalı üçün zəruri olan B6 vitamini də var.

4. Xroniki xəstəliklərdən qoruyur

Bolqar bibəri ürək-damar xəstəlikləri, eləcə də xərçəngdən qoruyan antioksidantlarla zəngindir. Xüsusilə C, E vitaminləri və beta-karoten kimi antioksidantlar ehtiva edir.

Həmçinin bol polifenol təmin edir; bu qoruyucu bitki birləşmələrinə lutein, quercetin və kapsantin daxildir.

Kapsantin xüsusilə yetişmiş qırmızı bibərdə çox olur. Bütün bunlara görə, bibər güclü antiinflamatuar təsir göstərir və xroniki xəstəlik riskini azaldır.

4. Qan şəkərini balanslaşdırır

Heyvanlar üzərində aparılan tədqiqatlar göstərir ki, bolqar bibəri qan şəkərini balanslaşdırır.

Qeyd edək ki, bolqar bibərinin bu faydalaırndan yararlanmaq üçün onu çiy yemək və ya çox az bişirmək lazımdır. Qızartma kimi bişirmə üsulları bibərin faydalarını azaldır.


Aysel