Dildə bəzi dəyişikliklər anemiya və qonoreyadan da xəbər verə bilər.
“Medicina” xəbər verir ki, terapevt Tamara İlyinskaya sağlam dil ilə xəstə dilin fərqini izah edib.
“Sağlam dil hamar, elastik, azca nəmli, yumşaq, açıq qırmızı xoş görünüşdə olur. Adətən anemiyası olan insanların dilində ağ ləkələr, solğunluq, qırmızı xətlər olur, qlossit inkişaf edir, bu zaman dil güzgü kimi hamar və parıltılı olur. Adətən dildə yanma, qarışqa hissi olur.
Qonoreya kimi infeksiyalarda dilin üzərində ağ şiş kimi qabarcıqlar çıxır.
Bunlar ağrılı xoralar, şişkinlik də ola bilər. Dildə ağrı varsa, təxirə salınmadan həkimə görünün.
Orqanizmdə bəzi vitamin, mineral defisiti olduqda da dildə dəyişiklik olur”.
Aygün Musayeva