Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Andropoz nədir? - Kişilər,diqqət!

  • 2019.10.21 09:38
  • 6023 Baxış
Andropoz nədir? -  Kişilər,diqqət!

Yaşın irəliləməsi ilə əlaqəli kişilərdə
testesteron hormonun qanda azalması və bununla bağlı ortaya çıxan şikayətlərin
səbəb olduğu hala andropoz, ya da yaşlanan adam sindromu deyilir. Andropozda
qadınlarda yaşanan menopoza uyğun bəzi əlamətlər rastlanır.


 



Medicina.az xəbər verir ki, hər kişi 40
yaşından sonra 10 ildə bir qandakı testesteron səviyyəsinin yüzdə 10-nu, 50
yaşından sonra isə yüzdə 25-ni itirir. Dəqiq
yaş həddi bilinmədiyi üçün hər kişinin 50 yaşından sonra uroloji nəzarətə
götürülməsi tövsiyə edilir. Bu, kişilərdə yaşana biləcək prostat və andropoz
riskinin erkən diaqnozu üçün önəmlidir.



 


Andropoz əlamətləri nələrdir?


Kişilik hormonu olan testesteron həm qadın, həm
kişilərdə cinsi fəaliyyətlə əlaqəli ruh halına təsir edir. Cəsarət, yaxşı olma
halı, intellektual aktivlik, əzələ gücü, qarın bölgəsində yağlanma və çəki
artımı kimi bədəndəki bir çox fəaliyyətin nizamlanmasında bu hormon təsirlidir.
Testesteron səviyyəsi aşağı düşən kişilərin psixologiyası mənfi təsirlənir, əzələlərində
zəifləmə başlayır, göbək bölgəsində yağlanma başlayır və intellektual aktivliyi
zəifləyir. Bununla yanaşı depressiv ruh halı, yuxu pozuntusu, dəri dəyişikliyi,
cinsi istəksizlik və ereksiya problemləri də ortaya çıxır.


 




Yaşlanan adam sindromunun əlamətləri həm
psixoloji, həm cinsi, həm də fiziki olaraq özünü biruzə verir. Bu əlamətləri
olanlar uroloji müayinədən keçmək lazımdır.



Psixoloji əlamətlər:


-Özünüzü yaxşı hiss etmirsiniz


-Həyatdan zövq almamağa başladınız


-Ən yaxşı vaxtlarınızın geridə qaldığını
düşünürsünüz


-Özünüzü tükənmiş hiss edirsiniz


-Qərarsızlıq, qayğı və narahatçılıq
duyğularınızla baş edə bilmirsiniz


-Ən xırda şeylərə əsəbləşməyə başladınız



 


Fiziki əlamətlər :


-Çox tərləmə, isti basma


-Dərinizdə quruluq, tüklərdə azalma


-Həmişə halsızlıq, yorğunluq hissi ilə özünüzü
gücsüz hiss edirsiniz


-Diqqətinizi toplamağa çətinlik çəkirsiniz


-Bel ağrıları, əzələ, oynaq ağrıları artıb


-Sinənizin böyüdüyünü hiss edirsiniz


-Sümük əriməsi, sümük qırlmaları yaşayırsınız


-Dərialtı və qarın içi yağ toxmanızdakı artımla
birlikdə göbək bölgəsində yağlanma başlayır


-Qan azlığı şikayətləri


-Yuxu problemləri yaşayırsınız


-Zehni fəaliyyətlərdə zəifləmə


 




 


Cinsi əlamətlər:


-Cinsi istəyinizdə azalma var


-Ereksiya problemi yaşayırsınız


-Sperma miqdarında azalma və qatılığında dəyişiklik


 


 


 


Bütün bu əlamətləri yaşayırsızsa, mütləq uroloji mütəxəssisə müraciət edin.



Müalicə və diaqnozu


Total testesteron və sərbəst testesteron, FSH,
LH və prolaktin hormon səviyyələrinə baxılır. Testesteron səviyyəsi səhər tezdən
8-11 arası ən yüksək səviyyədə olduğu üçün bu vaxtlarda qan analizi verilir.



Testesteron səviyyəsi 350ng-dən aşağıdadırsa,
müalicə lazım oluur. Testesteron möhkəmləndirilməsi tətbiq edilir. Oral dərmanlar,
bədənə çəkilən gellər və əzələ daxilinə vurulan iynələr yazılır.

Andropoz nədir? -  Kişilər,diqqət!
Andropoz nədir? -  Kişilər,diqqət!