Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Androloqa hansı hallarda getmək vacibdir?

  • 2022.08.31 14:37
  • 2065 Baxış
Androloqa hansı hallarda getmək vacibdir?



Kişilər ildə 1 dəfə heç bir şikayətləri olmadığı halda androloq müayinəsindən keçməlidir.


"Medicina" xəbər verir ki, müəyyən əlamətlərdə xroniki gedişə imkan vermədən dərhal androloqa getmək lazımdır.


1. Sidik kanalında yanma, göynəmə, sidiyə çətin getmə

2. Uretradan ifrazat - istənilən rəngdə

3. Cinsi nahiyədə ağrı, sancı, qaşınma

4. Belin aşağı hissəsində, ayaqlarda, prostatda ağrı

5. Spermdə keyfiyyət, miqdar, rəng dəyişikliyi
6. Sidik və cinsi orqanlardan qan izləri

7. Hər hansı səpki, yara, xora, şişkinlik, ləkələr olarsa
8. Cinsi istəyin azalması, itməsi, ereksiya problemləri

9. Cinsi əlaqə zamanı problemlər, həyəcan, yorğunluq

10. İl ərzində bir neçə müxtəlif partnyorın dəyişilməsi və ötəri cinsi əlaqələr varsa

Aygün Musayeva