Ana olmadan oğlan uşağını ata tərbiyə edərsə hansı psixoloji məqamlar onun həyatına təsir edə bilər?
“Medicina” xəbər verir ki, ananın olmaması bir uşağın həyatına müxtəlif yollarla təsir edir.
Psixoloq Tatyana Loboda bildirir ki, bu məsələdə bir neçə amil vacibdir. Məsələn, uşağın anası hansı yaşda dünyasını dəyişib və ya atıb gedib, uşağın şəxsiyyətinin fərdi xüsusiyyətləri və ananı əvəz edən birinin olub- olmamasıdır.
Ananyla körpənin bədən birləşməsindən əlavə olaraq, onların arasında sıx emosional əlaqə var. Ana intuitiv olaraq övladının nə istədiyini yaxşı anlayır. Bu zaman körpə ana sevgisini hiss edə bilir. Gələcəyə psixoloji olaraq inam yaranır və beləcə sağlam formalaşmağa başlayır.
Bir uşağın anası hər hansı bir səbəbdən yoxdursa, bu, izsiz keçməyəcək. Oğlan uşağının gələcəkdə kişilik həyatını əhəmiyyətli dərəcədə çətinləşdirəcək bir çox problem ortaya çıxacaq.
Özünü qiymətləndirmə hər insan üçün önəmlidir. Əgər körpənin yanında anası yoxdursa, bu zaman özünə dəyər vermək və qiymətləndirməkdə problemlər yaşayacaq. “Mən pisəm”, “Sevilmirəm”, “Lazımsızam”, “Sevgiyə layiq deyiləm” kimi fikirlər psixi təsir göstərəcək.
Bəzən də “Əgər anam məni sevməyibsə, deməli ətrafımdakıları cəzalandırmalı” yaxud da “Özümü cəzalandırmalıyam” kimi fikirlər sonda aqresiyaya və digər beyin pozuntularına gətirib çıxardacaq.
Kariyera qurmaqda çətinliklər çəkəcək. Daha yaxşısına layiq olmadığını düşünərək illərcə sevilməyən və az maaşlı bir işdə otura bilər.
Belə körpələr yetkinlik yaşlarında daxili mükəmməllikçi, nəticədən həmişə narazı olan, daim özünü danlayan və tənqid edən bir insan olur. Nəhayət, bu, süründürməçiliyə və həyatlarında heç nəyi dəyişdirə bilməməyə səbəb ola bilər.
Ananın olmaması və ana ilə ata arasındakı münasibətləri müşahidə etmək təcrübəsi insanı yoldaşında uşaqlıqda əldən verilmiş emosional yaxınlıq və qeyd-şərtsiz sevgi üçün əbədi axtarışa sövq edir. Hər hansı bir qadın, ilk növbədə, tərəfdaşdır və o, bir kişini şərti və bir şey üçün sevir, o, ana deyil.
Beləliklə, bir-birindən asılı münasibətlər, təvazökarlıq, fədakarlıq yaranır. Kişi özü haqqında düşünməyi dayandırır, bütün səyləri qadının ehtiyaclarını ödəməyə yönəldir.
Həyat uşaq üçün çətin şərait yarada bilər. Yetkin bir oğlan keçmişi dəyişdirə bilməz. Lakin öz təcrübəsini dəyişdirmək və indiki həyatının xeyrinə istifadə etmək onun öz əlindədir.
Günay Quluzadə