Anar Nağılbaz yeni açıqlamalar verib.
Medicina.az xəbər verir ki, reper başına gələnlərlə bağlı sosial şəbəkədə ətraflı məlumat yayıb.
Reper şəkər xəstəliyinə tutulduğunu da deyib.
"Əsəbdən, stressdən 2 ilə yaxındır depressiyadayam, yüksək dərəcədə şəkər qazandığım son günlərdə bəlli olub, halbuki nəslimizdə şəkər xəstəsi olmayıb, intihar etməyimi istədiklərini deyiblər”.
Reper bildirib ki, onu psixotrop maddələrlə zəhərləyib, zombiləşdiriblər.
"Məlum videonu illərdir əllərində bayraq edənlərin istəkləri isə daha böyük olub: şuba, ayfon, avtomobil, şou-biznes sferasında yanımda görünmək və hər dəfə də bu video başıma vurulub. Mənim isə o hadisə yadımda deyil, ya qurmadır, mən deyiləm, ya da məni psixotrop maddələrlə zəhərləyib zombi halına salıblar”.
Reper 6 ay içkiyə qurşandığını deyib: "Həmin 6 ay müddətində parçalanan ürəyimi sakitləşdirmək üçün içkiyə qurşandım. Amma yenə də taksi şoferi kimi arada avtovağzaldan Dərbəndə adamlar aparırdım, papağı gözümün üstünə salırdım ki tanımasınlar”.