Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Anamın xəstəliyinə görə qol-qanadım sınmışdı- Namiq Qaraçuxurlu

  • 2022.01.31 18:05
  • 1904 Baxış
Anamın xəstəliyinə görə qol-qanadım sınmışdı - Namiq Qaraçuxurlu


"Çətin idi, güc tapa, ayaqda dura bilmirdim. Alınmırdı... Anamın qida borusunda xərçəng aşkar edildi. Bir çox cərrahlar buna imza atmaqdan boyun qaçırdı. Ölüm-dirim məsələsi idi".

Medicina..az xəbər verir ki, bu sözləri meyxanaçı Namiq Qaraçuxurlu "Şourum" proqramına açıqlamasında deyib. Sənətçi anası Qənirə xanımın xəstəliyindən bəhs edib.

O bildirib ki, onkoloji xəstə olan anası hazırda sağalma üzərədir:

"İndi ağrıları var, amma ayağa qalxır. Düzəlir, tez-tez müayinəyə gedib-gəlirik. Anamın xəstəliyindən sonra qol-qanadım sınmışdı, heç nə edə bilmirdim. İndi yavaş-yavaş studiyaya gedirəm". /axsam.az/