Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Analizlərin cavabı yüksək və ya normadan aşağı olarsa?

  • 2023.04.13 18:05
  • 1655 Baxış
Analizlərin cavabı yüksək və ya normadan aşağı olarsa?
Əgər qan analizlərinizin cavabı normadan az yüksək və ya aşağı olarsa panikaya düşməyə əsas yoxdur. .

“Medicina” xəbər verir ki, həkim – terapevt Filip Kuzminkonun sözlərinə görə, təhlildəki göstəricilər, bir növ patologiyaya sahib olduğunuzu tam əminliklə demək deyil. Vahid düstur yoxdur, hər şeyə həmişə fərdi yanaşmaq lazımdır.


Məsələn, şəkərli diabet diaqnozu qoyulduqda hətta 10/1 vacibdir. Lakin qaraciyər funksiyalarının vəziyyətini təhlil edərkən AST və ALT analizləri normadan 2-3 dəfə artıq olması əhəmiyyətli hesab olunur.

Həkim öz təcrübəsinə əsaslanaraq söyləyir ki, analizlərdə yüksəlmə normanın 10% -dən çox deyilsə, insan özünü yaxşı hiss edirsə, çox güman ki, heç xəstəlik hesab olunmur və yaxud da xəstə olsa belə, forması yüngüldür.

Belə də olur ki, xəstənin anlizində əhəmiyyətli bir normadan aşağı səviyyə varsa, belə bu xəstəlik hesab edilmir.
Bütün analizlərdə adətən istinad (normal) dəyərlər göstərilir. Nəticələriniz onlara uyğun gəlirsə və fərqi yoxdursa, normanın yuxarı və ya aşağı həddində bu, yenə də normadır.

Həkim sizin bədəninizdən gələn siqnallara diqqətlə yetirməyə çağırır. Müayinə təkcə analizlərlə yekunlaşmır.

Günay Quluzadə