Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Analizim yaxşıdır, məndə niyə zob var? – Endokrinoloqdan cavab

  • 2023.08.07 17:22
  • 916 Baxış
Analizim yaxşıdır, məndə niyə zob var?  – Endokrinoloqdan cavab
Qalxanvari vəzi xəstəliklərinin müəyyən olunması xəstələr üçün çaşdırıcı ola bilər. Bəzilərində vəz böyüməyib, analizlər dəyişib, bəzilərində isə əksinə. Ona görə xəstələr kimə inanacağını bilmir, çoxu müalicədən də yayınır.


“Medicina” xəbər verir ki, cərrah endokrinoloq Sadiq Bəbirov qalxanvari vəzi xəstəliklərinin yanlış müalicəsinin səbəbləri haqqında danışıb.

Onun sözlərinə görə, USM müayinəsində vəzin böyüməsi və düyünlərinin olması, həmçinin onun quruluş dəyişkənliyi olmasına baxmayaraq, qan analizi zamanı hormon göstəricilərinin normal olması vəzidə xəstəliyin yaxud disfunksiyanın olmamasına dəlalət etmir. Yaxud, əksinə, qan analizi zamanı hormonal göstəricilərin dəyişməsi, lakin USM müayinəsi zamanı vəzdə heç bir patoloji dəyişiklik olmaması xəstəliyin olmaması demək deyil.

Hər iki halda xəstənin vəziyyətindən asılı olaraq, müalicə tədbiri görülməlidir. Adətən quruluş dəyişkənliyi olan xəstələrin müalicə metodu cərrahi yolla aparılır. Hormonal dəyişkənliyi və ya hormonal çatışmazlığı olan xəstələrin müalicə üsulu isə konservativdir.

Xanım