Analgin və aspirini koronavirus zamanı qəbul etmək təhlükəlidir
Soyuqdəyməyə qarşı qeyri-steroid dərmanların qəbulu koronavirusa yoluxan zaman yolverilməzdir.
Rusiyalı nevroloq İrina Vereyutina bildirib ki, temperaturu aşağı salmaq üçün aspirin və ya analgin qəbul etmək məsləhət deyil, bu məqsədlə parasetamoldan istifadə etmək daha yaxşıdır.
Eyni zamanda, o, xəstəlik ağır olduqda koronavirusun müalicəsi zamanı nevroloji simptomların - başgicəllənmənin, baş ağrısının müşahidə edildiyini də qeyd edib.