Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Anaların uşağın əmziyini öz ağızlarına salması təhlükəli deyilmiş - Alimlər bunun ən doğru addım olduğunu iddia edir

  • 2018.11.20 14:36
  • 13992 Baxış
Anaların uşağın əmziyini öz ağızlarına salması təhlükəli deyilmiş -  Alimlər bunun ən doğru addım olduğunu iddia edir
Analar çox zaman körpəsinin əmziyi yerə düşdükdə avtomatik olaraq yumağa imkan olmadıqda onu öz ağızlarına salaraq təmizləyib, yenidən körpənin ağzına qoyurlar. Çoxlarına gigiyenik görünməsə də, əslində mütəxəssislərin fikrincə bu uşağın sağlamlığı üçün xeyirlidir.

 

Medicina.az xəbər verir ki, bu istiqamətdə aparılan araşdırmanın nəticəsi Sietldə keçirilən "Allergiya, astma və immunologiya” konfransında açıqlanıb. Alimlər 128 ana arasında uşaqların əmziklərini necə təmizləmələri ilə bağlı sorğu keçiriblər. Onlardan əmziyi qaynar suda, qabyuyan maşında, axar suda sabunla və yaxud da ağızları ilə təmizlədiklərini soruşublar. Mütəxəsislər həmçinin uşaqların qanlarında olan immunoqlobulin miqdarını da ölçüblər. İmmunoqlobulin allergik xəstəlikləri və astma ilə bilavasitə əlaqədar olan antitel zülalıdır. Bu maddənin qanda miqdarı nə qədər çox olsa həmin xəstəliklərin inkişaf riski də bir o qədər yüksək olur. 


Daha sonra isə alimlər körpələrin əmziklərini ağızları vasitəsilə təmizləyən anaların qanlarında olan immunoqlobulinin səviyyəsini araşdırıblar. Əlavə analizlər göstərib ki, qanda antitellər uşaqların 10 ayından sonra inkişaf etməyə başlayır. Bu hal ananın tüpürcəyi ilə uşağın ağız boşluğuna bakteriyaların düşməsi səbəbindən onların immunitetlərinin inkişaf etməsiylə əlaqəli ola bilər. Alimlər bildirirlər ki, hələ hansısa fikri söyləmək üçün tezdir. Bunun üçün əlavə araşdırmalara ehtiyac var.