Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Anadangəlmə ürək qüsuru olan xəstələrə vaksin vurmaq olmaz- Kardioloq

  • 2021.09.30 17:58
  • 1925 Baxış
Anadangəlmə ürək qüsuru olan xəstələrə vaksin vurmaq olmaz - Kardioloq

Bəzi ürək xəstəlikləri var ki, onlara vaksin vurmaq olmaz.

Bunu aritmoloq, invaziv kardioloq Fərid Əliyev Səhiyyə Nazirliyinin "Instagram" hesabında "Ümumdünya Ürək Günü" mövsuzunda təşkil olunan canlı yayımda çıxışı zamanı deyib. Onun sözlərinə görə, ümumilikdə ürək damar xəstələrinin əksəriyyəti koronavirusa qarşı vaksinasiya oluna bilər:

"Çox az ürək-damar xəstələri var ki, onlara vaksin vurdurmaq tövsiyə edilmir. Bunlar anadangəlmə ürək qüsuru olan xəstələrdir. Bu xəstəlik həmin şəxslərin ağciyərlərində yüksək təzyiq yaradır və ağciyərlər göyərir. Buna görə, vaksin mənfi təsir edə bilər. Ümumi olaraq ürək-damar xəstələri tam əksinə peyvənd olunmalıdır. Çünki, xəstələndiklərində ölüm riski digər xəstələrdən daha yüksək olur".