22 yaşlı gənc ürək və ağciyər çatışmazlığından əziyyət çəkir.
Şamaxının Dağbağırlı kənd sakini Cabbar Abdurrəhmanovun yaşaması üçün ona təcili ürək köçürülməlidir.
Medicina.az -a müraciət edən ailə artıq ümidlərinin tükəndiyini və vaxta az qaldığını, 200 min manata ehtiyacları olduğunu deyib.
Onun valideynləri övladının xəstəliyinin altı yaşında fərqinə vardıqlarını, o gündən bu günə onun sağalmağı üçün əllərindən gələni etdiklərini deyiblər.
“Ailəmin hazırkı maddi vəziyyəti müalicəyə imkan vermir. Dəfələrlə yerli xəstəxanalarda müalicə və müayinə olunmuşam. Getdiyim hər xəstəxanadan isə eyni cavabı deyiblər. Mənim sağalmağım, normal həyata qayıtmağım üçün Belarusda əməliyyat olunmalıyam. Bunun üçün 200 min manat məbləğində pul lazımdır. Özüm yataq xəstəsi olduğum üçün müalicə xərclərimi qarşılaya bilmirəm. Xalqımdan xahiş edirəm, kömək etsinlər”.
Cabbara ürək köçürülməlidir. Ailə bildirir ki,pul yığılarsa xaricdə donor var.
Əlaqə nömrəsi: 051 408 38 87
Yardım etmək istəyənlər üçün bank hesabı: