Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Anadan qızına uşaqlıq köçürüldü, hamiləlik baş tutdu – Dünyada 14-cü körpə

  • 2019.02.14 15:56
  • 6076 Baxış
Anadan qızına uşaqlıq köçürüldü, hamiləlik baş tutdu –  Dünyada 14-cü körpə

Tibb elmində daha bir maraqlı hadisə baş verib. Belə ki, Çində 26 yaşlı qadın 33 həftəlik hamiləlikdən sonra uşaq dünyaya gətirib.


Medicina.az xəbər verir ki, qadında Mayer – Rokitan sindromu- anadangəlmə uşaqlıq orqanı olmadığına görə, 2015-ci ildə ona 43 yaşlı anasının uşaqlığı köçürülmüşdü. 


Qız süni mayalanma ilə hamilə qalıb.

Hazırda ana da, körpə də sağlamdır.