Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Anadan : Südə zəhər qatıb 5 yaşlı qızına içirdi DƏHŞƏTLİ ƏMƏL

  • 2017.10.06 15:58
  • 11277 Baxış
Anadan : Südə zəhər qatıb 5 yaşlı qızına içirdi  DƏHŞƏTLİ ƏMƏL
Qusar rayonunda 5 yaşlı qızını öldürməkdə ittiham olunan rayon sakini Gülnarə Saypullayevanın cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.


Medicina.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsindən XəzərXəbər-ə verilən məlumata görə, cinayət işi hakim Ramella Allahverdiyevanın icraatına verilib. Hazırlıq iclası oktyabrın 11-ə təyin edilib.


İttihama görə, 2017-ci il iyunun 14-də Qusar rayonunun Hil kəndində fermada yaşayan Gülnarə Saypullayeva qızı, 5 yaşlı Luiza Saypullayevanın qəflətən ölməsi barədə polisə məlumat verib. Aparılan araşdırmalar nəticəsində azyaşlının zəhərlənərək öldürüldüyü müəyyənləşib.


Şübhəli şəxs qismində dindirilən Gülnarə Saypullayeva ilkin ifadəsində qızını ilan sancdığını deyib. Amma ekspertizanın rəyindən sonra məlum olub ki, qızcığaz zəhərlənib. Bundan sonra ana həqiqəti etiraf edib və südə zəhər qataraq uşağa içirdiyini bildirib.


Gülnarə Seypullayeva Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilir.