Gəncədə zəhərlənmə olub.
"Unikal"ın məlumatına görə, hadisə şəhərin Müsavi küçəsində qeydə alınıb. Belə ki, 1981-ci il təvəllüdlü Leyla Nəcəfova və onun övladları, 2010-cu il təvəllüdlü Rəvan Nəcəfov, 2005-ci il təvəllüdlü Ramal Nəcəfov zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Dərhal onlara yardım edilib, vəziyyətlərinin kafi olduğu bildirilir. Məlumata görə, zəhərlənənlər bir ailənin üzvüdür. Onların yaşadıqları evdə qidadan zəhərləndiyi bildirilir.
Fakt araşdırılır.