Bərdədə ana və azyaşlı övladı dəm qazından zəhərlənərək ölüb.
Medicina.az xəbər verir ki, hadisə bu gün şəhərin Sənaye küçəsindəki beşmərtəbəli yaşayış binasında baş verib.
Belə ki, Yevlax rayon sakini, 1995-ci il təvəllüdlü Ayşən Yusifova Eldəniz qızı və övladı 2019-cu il təvəllüdlü Tunar Əliyev Vüsal oğlu Bərdə rayonunda yaşadıqları evdə dəm qazından boğularaq ölüblər.
Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.