Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Ana südünün əhəmiyyəti – Bu xəstəliklərin dərmanıdır

  • 2019.10.03 10:32
  • 4285 Baxış
Ana südünün əhəmiyyəti –  Bu xəstəliklərin dərmanıdır
Ana südü ananı və uşağı xərçəngdən xilas edir.Bunu onkologiya üzrə uzman həkim Hakan Karagöl ana südünün faydalarından danışarkən qeyd edib.  


Medicina.az xəbər verir ki, onun sözlərinə görə, ana südünün tərkibində dokozaheksanoy turşusu var. Bu səbəbdən də ana südü ilə qidalanan uşaqlarda ağıl, idrak, diqqət, yaddaş kimi funksiyaların daha yaxşı olduğu bildirilir. 


Dr. Hakan Karagöl ana südünün uşaqlarda aşkarlanan bir çox xəstəliyə çarə olduğu da vurğulayıb. Onun elmi araşdırmaları körpələrin 6 ay və daha artıq müddətdə ana südü ilə qidalanmağının vacib olduğunu göstərib. Ana südü vaxtından tez doğulan körpələrdə infeksiya ilə əlaqəli olan ölüm riskini də azaldır.


 


Ən azı 3 ay ana südü ilə qidalanma körpələrin ishal, orta qulaq iltihabı, tənəffüs yollarına infeksiya yoluxması riskini azaldır. 4 ay ana südü ilə qidalanma isə astma və allergik dəri xəstəliyi kimi problemlərin qarşısını alır. Çünki ana südü xəstəliklərə qarşı stimullaşdırıcı və tənzimləyici funksiyaya malikdir. 


Kifayət qədər ana südü ilə qidalanan uşaq və yeniyetmələrdə piylənməyə, yetkin yaşlılarda isə yüksək təzyiq və xolesterol kimi xəsəliklərə daha az rast gəlinir. Ana südü ilə qidalanmanın digər bir faydası da uşaqlarda xərçəng xəstəliyinə çox rast gəlinməməsidir. 




Karagöl bildirib ki, əmizdirmə analarda xərçəngin qarşısını alır. Belə ki, övladlarını kifayət qədər və müəyyən müddətdə əmizdirən analarda döş və yumurtalıq xərçənginə tutulma hallarının azaldığı müşahidə olunub.

Ana südünün əhəmiyyəti –  Bu xəstəliklərin dərmanıdır
Ana südünün əhəmiyyəti –  Bu xəstəliklərin dərmanıdır