Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Ana südündən sona ən zəngin proteinli qida - Uşaqlar üçün vacibdir

  • 2019.11.13 12:55
  • 16981 Baxış
Ana südündən sona ən zəngin proteinli qida -  Uşaqlar üçün vacibdir

Təxminən 6 qram protein olan bir yumurta,
yetişkin bir şəxsin gündəlik protein ehtiyacının təxminən 11% -ni təmin edir.



Medicina.az xəbər verir ki, bunu yumurtanın
qidalanma dəyəri haqqında danışan Qida İşıqlandırma Platforması Başçısı və
İstinye Universiteti Prof. Dr. Funda. E bildirib.


 



Onun sözlərinə görə, yumurta körpələrdə,
uşaqlarda və yeniyetmələrdə sağlam böyümə və inkişaf üçün çox vacib bir
qidadır, çünki tərkibində yüksək keyfiyyətli protein var. Yumurta dünyada ana südündən sonra ən qiymətli protein(zülal) hesab olunur. 




Orta boybir yumurta təxminən 70 kkal enerji ehtiva edir və çox sayda vitamin,
mineral və bioaktiv komponentlərdən ibarətdir. Yumurta sarısı A,D,E  vitamini, tiamin,
biotin, riboflavin, pantoten turşusu, sink, mis, kalsium və dəmirlə zəngindir.
Yumurtanın ağın isə , natrium, xlor, maqnezium, kükürdlə zəngindir.


 



Bir qida maddəsi kimi istifadəsi ilə yanaşı,
vaksinlər və retroviral dərmanların inkişafında yumurta mühüm rol oynayır.

Ana südündən sona ən zəngin proteinli qida -  Uşaqlar üçün vacibdir