Bu gündən başlayaraq Səhiyyə Nazirliyinin təşəbbüsü ilə Bakı şəhəri üzrə doğuş həyata keçirilən məntəqələrdə "Ana südü” ilə bağlı monitoriqlərə başlanılıb.
Manotorinqə K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun baş həkimi Səadət Ələsgərova rəhbərlik edir.
Onun
medicina.az saytına verdiyi məlumatına görə, manitorinq çərçivəsində doğuş həyata keçirilən bütün məntəqələrdə yenicə ana olmuş qadınlar arasında sorğu aparılaraq onların körpələrini necə qidalandırdıqları və körpənin ana südü ilə qidalanmasının vacibliyi haqda bır sıra məlumatlar toplanılır.
Manitorinqin 1 həftə ərzində Bakı şəhərində yerləşən bütün doğuş həyata keçirilən məntəqələrində aparılması nəzərdə tutulur. Manitorinqdə 9 həkim iştirak edir.