Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Ana südü içərək cavanlaşan bloqçudan ETİRAF

  • 2022.02.03 15:36
  • 2958 Baxış
Ana südü içərək cavanlaşan bloqçudan   ETİRAF

Bloger Amber gəncliyin sirrini ana südündə tapıb.

Medicina.az xəbər verir ki, o, "TikTok" səhifəsində bu mövzuda video yerləşdirib.

Amber ana südünün qadın orqanizmi üçün faydalarını sadaladığı videonu yayımlayıb. Mmüəllif etiraf edib ki, o, müntəzəm olaraq öz südünü içdiyi üçün yuxusuz gecələrə və çətin uşaq baxımına baxmayaraq təravətli görünməyi bacarır.

İstifadəçinin dediyinə görə, diş ağardıcı vasitə kimi süzülmüş süddən istifadə edir, həmçinin keyfiyyətini artırmaq üçün xüsusi qulluq məhsulları əvəzinə dərisinə və saçına tətbiq edir:

"Bundan əlavə, bu mənə həqiqətən enerji verir, ona görə də gözümün altında qançırlar yoxdur".

Tamaşaçılar tiktokerin məsləhətinə birmənalı reaksiya veriblər. Bəzi şərhçilər videoda onun hərəkətini tənqid ediblər:

“Onda süd içməmişdən əvvəl də hər şey yaxşı idi. Bəzən süd uşaqlara belə çatmır, niyə israf edir? Tam cəfəngiyyatdır!"

Eyni zamanda, digər internet istifadəçiləri Amberin məsləhəti ilə razılaşdılar. /publika.az/