Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Ana ölən qızını basdırmayıb - 6 il saxladı

  • 2025.03.12 22:33
  • 49 Baxış
Ana ölən qızını basdırmayıb  -  6 il saxladı


Tayvanda 72 yaşlı qadın ağır vəziyyətdə xəstəxanaya yerləşdiriləndə vəziyyətinin ağır olduğunu görüb, tibb işçilərinə dəhşətli etiraf edib.


“Medicina” xəbər verir ki, o, qızının cəsədini ölümündən dərhal sonra dəfn etmək istəmədiyi üçün altı il saxlayıb.


Yaşlı qadın bildirib ki, artıq 6 ildir ki, ölən qızının meyitini mənzilində saxlayır.

Ölümündən əvvəl qızı bildirib ki, ölümündən cəmi 7 il sonra dəfn olunmaq arzusundadır və anası bu istəyi yerinə yetirib. Qadın meyiti qorumaq üçün mütəmadi olaraq üzərinə yağ sürtüb,

24 saat kondisioneri işə salıb (hətta qonşular da heç nədən şübhələnmirdilər). Yaşlı xanım xəstəxanada olarkən kondisionerin sönəcəyindən, yayılacaq qoxudan qorxaraq tibb işçilərindən kömək istəyib.

Polis xanımın mənzilinə orda mumiyalanmış qalıqlar tapdı.


Aygün Musayeva