Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Ana məktəbli qızını hələ də əmizdirir

  • 2025.02.17 14:03
  • 514 Baxış
Ana məktəbli qızını hələ də əmizdirir



44 yaşlı ingiltərəli qadın Denise Sumpter 6 yaşında qızı Belleni əmizdirməyə davam edir.


“Medicina” xəbər verir ki, qadının qətiyyəti sayəsində qız İngiltərədə ana südü ilə qidalanan ən yaşlı uşaqdır.


Denise isə bu eksperimenti dayandırmaq fikrində deyil, o, ana südü alan uşaqların daha xoşbəxt və sağlam olduğunu iddia edir.

Qadın əmizdirməyi yalnız qızı ondan xahiş etsə dayandırmağı planlaşdırır. Hazırda məktəbli qız yorğunluq hiss etdikdə və ya sadəcə anası ilə emosional yaxınlıq hiss etmək istəyəndə Denisdən süd verməsini xahiş edir.

Bəzən gündə iki dəfə ana südünə ehtiyac duyur, bəzən isə qız həftədə bir dəfə kifayət edir. Zaman-zaman Belle tək ana südü ilə qidalanır və bəzən onu artıq bir yaş yarım olan kiçik qardaşı Boo ilə bölüşür.

"Uşaqlarımı nə qədər istəsələr əmizdirəcəm Belle nə vaxt yorulacaq, bilmirəm. Eyni şey Boo ilə olacaq. Mən bunda qəribə bir şey görmürəm, çünki onlar yalnız istədikləri zaman əmizdirirəm.


Baxın, qızım bütün sinif yoldaşlarından üstündür. İstedadlı skripkaçı, müğənni və rəqqasdır, mənim qızım, demək olar ki, bütün sahələrdə öz yaşıdlarını üstələyir və mən bunu ana südünün faydası ilə əlaqələndirirəm”.

Aygün Musayeva