Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Ana fenlə yuxuya getdi- uşağın barmaqları yandı

  • 2025.03.26 22:35
  • 432 Baxış
Ana fenlə yuxuya getdi -  uşağın barmaqları yandı


Yenidoğulmuş qızının beşiyini fenlə qurutmaq istəyən qadın faciəyə səbəb olub.

“Medicina” xəbər verir ki, əlində fen yuxuya gedən qadın körpənin ayaq barmaqlarını ciddi yandırıb.


3 saat ərzində körpənin ayaqları isti hava axınına məruz qalıb, ana yuxudan ayılanda isə uşağın çığırdığını və ayaqlarının qabarcıqlı yandığını görüb.
Təcili xəstəxanaya çatdırılan uşağın 3 barmağı amputasiya olunub.

Məhkəmədə Vu özünə haqq qazandırmağa çalışıb. O, doğuşdan sonrakı depressiyaya qarşı qəbul etdiyi dərmanın təsirindən yuxuya getdiyini deyib. Üstəlik, saç qurutma maşınının bu qədər isti ola biləcəyini düşünmürdü. Amma məhkəmə qadını təqsirli bilib.

Vu beş ay həbs cəzasına məhkum edilib və 4550 dollar cərimə edilib.


Aygün Musayeva